Xəbərlər
ETİHİ Yardımlı rayon komitəsi tərəfindən təhsil işçiləri arasında şahmat yarışının rayon birinciliyi keçirdi

10 aprel 2026-cı il tarixdə ETİHİ-nin Yardımlı Rayon Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təhsil işçiləri arasında şahmat yarışının rayon birinciliyi keçirilib.
Tədbirdə ETİHİ Yardımlı Rayon Komitəsinin nümayəndələri, UGİŞM-in əməkdaşları və ilk təşkilatlarda fəailiyyət göstərən 16 nəfər şahmat həvəskarları iştirak edib.
Gərgin və maraqlı keçən yarışın qalibləri
I yer-Ağayev İsa Siyab oğlu -Yardımlı rayonu Ostayır kənd M.A.İmanov adına tam orta ümumtəhsil məktəbin müəllimi.
II yer- Cəbili Nəci Mürsəl oğlu-Yardımlı rayonu Arvana kənd tam orta ümumtəhsil məktəbi müəllimi.
III yer-Kamilov Rəsul Rauf oğlu Yardımlı rayonu Bürzünbül kənd tam orta ümumtəhsil məktəbi müəllimi oldu.
Yarışın ümumi nəticələrinə görə Ağayev İsa Respublika Komitəsinin təşkil edəcəyi final yarışında iştirak etmək hüququ qazandı.
Bütün qaliblər ETİHİ Yardımlı Rayon Komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı.













