Xəbərlər
ETİHİ Yardımlı rayon komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiram yad edildi.
12/12/2025, 10:39

12 dekabr 2025-ci il tarixində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anım günü ETİHİ Yardımlı rayon komitəsi tərəfindən dərin hörmət və ehtiramla anıldı. Bu münasibətlə rayonun ümumi təhsil müəssisələrinin fəal ittifaq üzvləri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Anım mərasimində Ulu Öndərin ruhuna dualar oxunub.







