“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən yubiley görüşü keçirilib.

16/03/2026, 16:40
xeber1

16 mart 2026-cı il ETİHİ Yardımlı rayon komitəsi Yardımlı rayonu Avaş kənd adına tam orta ümumtəhsil məktəbində Orucov Allahbağış Hətəmxan oğlunun anadan olmalarının 65 illik yubileyi münasibətilə görüş keçirilib.

Tədbirdə ETİHİ Yardımlı rayon komitəsinin nümayəndəsi və məktəbin kollektivi iştirak ediblər.

Çıxış edənlər yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və pedoqoji fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Tədbirdə yubilyarın uzun illər ərzində pedoqoji fəaliyyətində göstərdiyi xidmətindən bəhs olunub. Yubilyar Allahbağış Orucov ona göstərilən diqqət və səmimi münasibətə görə təşəkkürünü bildirib və qeyd etdi ki, 65 illik yubileyi münasibətilə təşkil olunan görüş və ünvanlanan xoş sözlər onun üçün çox dəyərlidir.

Tədbirin sonunda yubilyara peqoqoji və həmkarlar təşkilatında fəaliyyəti və 65 illik yubileyi münasibətilə ETİHİ Yardımlı rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: