Xəbərlər
ETİHİ Yardımlı rayon komitəsi tərəfindən yubiley görüşü keçirilib.

17 mart 2026-cı il ETİHİ Yardımlı rayon komitəsi Yardımlı rayonu Dağüzü kənd adına tam orta ümumtəhsil məktəbinin Cəfərov Yaşar Ağahüseyn oğlunun anadan olmalarının 65 illik yubileyi münasibətilə görüş keçirilib.
ETİHİ Yardımlı rayon komitəsi yubilyarını doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və pedoqoji fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Yubilyar Cəfərov Yaşar ona göstərilən diqqət və səmimi münasibətə görə təşəkkürünü bildirib və qeyd etdi ki, 65 illik yubileyi münasibətilə təşkil olunan görüş və ünvanlanan xoş sözlər onun üçün çox dəyərlidir.
Tədbirin sonunda yubilyara peqoqoji və həmkarlar təşkilatında fəaliyyəti və 65 illik yubileyi münasibətilə ETİHİ Yardımlı rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub.



