“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən yubiley görüşü keçirilib

21/04/2026, 08:41
xeber1

21 aprel 2026-cı il ETİHİ Yardımlı rayon komitəsi Yardımlı şəhər M.R.Xaniyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Qurbanov Salman Poladxan oğlunun anadan olmalarının 65 illik yubileyi münasibətilə görüş keçirilib.

Tədbirdə Yardımlı rayon təhsil sektorunun nümayəndələri və məktəbin kollektivi iştirak ediblər.

Çıxış edən iştirakçılar yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və pedoqoji fəaliyyətlərində yeni uğurlar arzuladılar.

Yubilyar Salman müəllim ona göstərilən diqqət və səmimi münasibətə görə təşəkkürünü bildirib və qeyd etdi ki, 65 illik yubileyi münasibətilə təşkil olunan görüş və ünvanlanan xoş sözlər onun üçün çox dəyərlidir.

Tədbirin sonunda yubilyara səmərəli peqoqoji fəaliyyəti və 65 illik yubileyi münasibətilə ETİHİ Yardımlı rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: