Xəbərlər
ETİHİ Yardımlı rayon komitəsi tərəfindən yubiley görüşü keçirilib

25 may 2026-cı il ETİHİ Yardımlı rayon komitəsi Yardımlı rayonu Şəfəqli kənd S.A.Şabiyev adına tam orta ümumtəhsil məktəbinin müəllimi, əməkdar müəllim Qənbərov Həbib Bəhmən oğlunun anadan olmalarının 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Tədbirdə Yardımlı rayon təhsil sektorunun nümayəndələri və məktəbin kollektivi iştirak ediblər.
Çıxış edən iştirakçılar yubilyarını doğum günü münasibətilə təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür və pedoqoji fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Yubilyar Həbib müəllim ona göstərilən diqqət və səmimi münasibətə görə təşəkkürünü bildirib və qeyd etdi ki, 65 illik yubileyi münasibətilə təşkil olunan görüş və ünvanlanan xoş sözlər onun üçün çox dəyərlidir.
Tədbirin sonunda yubilyara səmərəli peqoqoji fəaliyyəti və 65 illik yubileyi münasibətilə ETİHİ Yardımlı rayon təşkilatı tərəfindən Fəxri Fərman və xatirə hədiyyələri təqdim olunub.





