Xəbərlər
ETİHİ Yardımlı Rayon Komitəsi tərəfindən yubiley tədbir keçirilib

14 noyabr 2026-cı il tarixdə Aslan İsmayılov adına Ərsilə kənd tam orta ümumtəhsil məktəbində məktəbin direktoru, dəyərli ziyalı Səfdər müəllimin 65 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə ETİHİ Yardımlı Rayon Komitəsinin sədri Azər Əkbərov, Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Pənah Tağızadə, uzun illər məktəbə rəhbərlik etmiş veteran müəllimlər Güloğlan Əliyev və Zakir Qarayev, eləcə də məktəbin pedaqoji kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ETİHİ Yardımlı Rayon Komitəsinin sədri Azər Əkbərov yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Pənah Tağızadə çıxış edərək Səfdər müəllimin zəngin pedaqoji təcrübəsindən, səmərəli fəaliyyətindən və təhsil sahəsində qazandığı nailiyyətlərdən bəhs edib.
Müəllimlərdən G. Əliyev, Z. Qarayev, S. Quliyeva, C. İsgəndərov və H. Əliyev çıxış edərək yubilyara səmimi təbriklərini çatdırıb, onun uzun illər ərzində təhsil sahəsinə verdiyi töhfələri və pedaqoji fəaliyyətini yüksək qiymətləndiriblər.
Tədbirin sonunda ETİHİ Yardımlı Rayon Komitəsi adından Səfdər müəllimə uzunillik səmərəli pedaqoji fəaliyyətinə və təhsil sahəsində xidmətlərinə görə fəxri fərman və qiymətli hədiyyə təqdim olunub.
Yubilyar göstərilən diqqət və ehtirama görə tədbir iştirakçılarına və Komitə rəhbərliyinə minnətdarlığını bildirib.
ETİHİ Yardımlı Rayon Komitəsi adından Səfdər müəllimi 65 illik yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni uğurlar arzulayırıq.
Əziz Səfdər müəllim, 65 illik yubileyiniz mübarək olsun!








