“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yardımlı rayon komitəsi yubiley tədbiri keçirdi

30/07/2026, 11:52
xeber1

30 iyul 2026-cı il tarixdə ETİHİ Yardımlı Rayon Komitəsi tərəfindən Köryədi kənd S.N.Abiyev adına tam orta ümumtəhsil məktəbinin müəllimi Sahratov Dədəbək Özübək oğlunun 65 illik yubileyi münasibətilə görüş keçirilib.

Görüş zamanı Dədəbək müəllim uzun illər təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsindəki əvəzsiz xidmətləri və müəllim adına daim sadiqliyi münasibətilə səmimi şəkildə təbrik olunub.

ETİHİ Yardımlı Rayon Komitəsi adından yubilyara Fəxri Fərman və xatirə hədiyyələri təqdim edilib, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Təhsilimizin inkişafına verdiyi dəyərli töhfələrə görə Dədəbək müəllimə dərin təşəkkürümüzü bildirir, ona bundan sonrakı həyatında da xoş və firavan günlər arzulayırıq.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: