“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yardımlı rayon komitəsinin dəstəyi ilə sərgi tədbiri keçirilib

23/07/2026, 09:55
xeber1

ETİHİ Yardımlı rayon komitəsinin dəstəyi ilə iyulun 23-də Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Yardımlı rayon Çayüzü kənd ərazi nümayəndəliyi ilə birlikdə Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin və vətənpərvərlik ideyalarının təbliği məqsədilə səyyar sərgi və tədbir keçirilib.

İştirakçılar əvvəlcə şəhid Tural Aslanovun məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra təşkil olunan səyyar sərgidə ümummilli lider Heydər Əliyevin mədəniyyətin inkişafı və milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasəti əks etdirən fotolar, eləcə də şəhid Tural Aslanovun həyat və döyüş yolunu əks etdirən fotoşəkillər nümayiş olunub.

Tədbirdə şəhidin atası, Çayüzü kənd ərazi nümayəndəsi və kənd sakinləri iştirak ediblər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi önəm vurğulanıb, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğu qeyd edilib.

Tədbirin sonunda Yardımlı rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış şəhid Tural Aslanovun həyat və döyüş yolunu əks etdirən xatirə albomu şəhidin atasına təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: