Xəbərlər
ETİHİ Yardımlı rayon komitəsinin ittifaq üzvləri Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində oldular.
28/03/2026, 09:20

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə #Lerik, #Astara və #Yardımlı rayon komitələrinin ilk təşkilat sədrləri bayram tətili günlərində Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində həftəsonu istirahətinə qatılıblar.
Üçgünlük səfər çərçivəsində Yardımlı rayon komitəsindən 10 nəfər ittifaq üzvü bu istirahət mərkəzinin onlar üçün yaratdığı imkanlardan istifadə edərək asudə vaxtlarını daha səmərəli keçiriblər. İştirak edən ilk təşkilat sədrləri yaradılan şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkürlərini bildirirlər.







