“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yardımlı rayon komitəsinin təşəbbüsü ittifaq üzvü Hətəmov Meyxoş Bulutxan oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirildi

01/07/2026, 10:10
xeber1

01 iyul 2026-cı il tarixdə ETİHİ Yardımlı Rayon Komitəsinin təşəbbüsü ilə Mirimli kəndi V.X. Cəfərov adına ümumi orta məktəbin müəllimi Hətəmov Meyxoş Bulutxan oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirildi.

Tədbirdə məktəbin pedaqoji kollektivi iştirak edərək yubilyarı səmimi təbrik etdi, onun təhsil sahəsində göstərdiyi uzunillik səmərəli fəaliyyəti və gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərindən bəhs olundu.

Yubiley münasibətilə ETİHİ Yardımlı Rayon Komitəsi tərəfindən Meyxoş müəllimə Fəxri fərman və xatirə hədiyyəsi təqdim edildi.

ETİHİ Yardımlı Rayon Komitəsi olaraq Meyxoş müəllimi 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətində yeni uğurlar arzulayırıq.

Yubileyiniz mübarək olsun!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: