Xəbərlər
ETİHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbir keçirildi.

9 -30 dekabr 2025 ci tarixində ETİHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə Yardımlı rayonunun Zərifə Əliyeva adına şəhər 1 nömrəli, şəhər 2 nömrəli, Çayüzü kənd və Yolocaq kənd körpələr evi–uşaq bağçalarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Yardımlı rayonu üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar iştirak etmişdir.
Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə uşaqlar maraqlı çıxışlar nümayiş etdirmiş, sonda isə bağça uşaqlarına Yeni il hədiyyələr təqdim olunmuşdur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər kəsi ürəkdən təbrik edir, xalqımıza rifah, möhkəm cansağlığı və yeni ildə davamlı uğurlar arzulayırıq!








