Xəbərlər
ETİHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrində “Zəfər Günü”nün 5 illiyinə həsr olunmuş bayram tədbirləri keçirildi.

07 noyabr 2025-ci ildə Yardımlı rayonunun ümumtəhsil müəssisələrində “Zəfər Günü”nün 5 illiyinə həsr olunmuş bayram tədbirləri keçirildi.
Ümümtəhsil müəssisilərində "Zəfər" bayramı münasibəti ilə təşkil edilən tədbirlərin məqsədi müzəffər Azərbabycan Ordusunun 2020-ci il Vətən müharibəsində qazandığı qələbəni yad etmək, şəhidlərin xatirəsini anmaq və şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirməkdir.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərlə bərabər şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxış edənlər "Zəfər Günü"nün xalqımızın tarixində mühüm əhəmiyyət daşıdığını vurğuladı, bu qələbənin gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi olduğunu qeyd ediblər.
Daha sonra şagirdlər "Zəfər Günü"nə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda səhnəciklər nümayiş etdirdilər.
Bu gün millətimizin qürur günüdür! Şəhidlərimizin qanı bahasına qazanılan bu zəfər daim qəlbimizdə yaşayacaqdır.
Yaşasın Azərbaycan!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan əsgəri!
Yaşasın Zəfər!








