“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yasamal Rayon Komitəsinin fəaliyyətinə yeni üzv təşkilat qoşulub

10/08/2026, 12:11
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin fəaliyyətinə yeni daxil olmuş 351 nömrəli körpələr evi-şaq bağçasının ilk həmkarlar ittifaqı təşkilatının ümumi yığıncağında sədr seçkisi baş tutub.

07.08.2026-cı il tarixində qoşulmuş 351 nömrəli körpələr evi-uşaq bağçasının Həmkarlar İttifaqı Təşkilatının seçki yığıncağı keçirilib və yeni sədr seçilib.

Yığıncaqda Qarayeva Xalidə Qurbanqulu qızının namizədliyi irəli sürülüb və açıq səsvermə nəticəsində ittifaq üzvlərinin böyük əksəriyyətinin səsini qazanaraq həmkarlar ittifaqı təşkilatının sədri seçilib.

Daha sonra gündəliyə uyğun olaraq ilk həmkarlar ittifaqı təşkilatının komitə üzvləri və təftiş komissiyasının üzvləri seçilib.

ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli qonaq qismində yığıncaqda iştirak edərək yeni seçilmiş sədrə gələcək fəaliyyətində uğurlar arzulayıb. O, həmkarlar ittifaqında təmsil olunan üzvlərin gələcək fəaliyyət istiqamətləri, hüquq və vəzifələri barədə maarifləndirici məlumatlar verib, müvafiq tövsiyələrini diqqətə çatdırıb.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: