“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə Şuşa və Xankəndi şəhərlərinə qürur dolu səfər təşkil edilib

02/06/2026, 18:01
xeber1

28 May – Müstəqillik Günü münasibətilə ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçısı olan ittifaq üzvlərinin iştirakı ilə Şuşa və Xankəndi şəhərlərinə səfər təşkil edilib.Səfər ittifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili və onların sosial-mənəvi dəstəyinin təmin edilməsi məqsədi daşıyıb.

Səfər zamanı ittifaq üzvləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin tarixi-mədəni abidələrini ziyarət edib, şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar. Şuşanın zəngin tarixi, milli-mənəvi dəyərlərimizi yaşadan abidələri və füsunkar təbiəti iştirakçılarda dərin təəssürat yaradıb.

Səfər çərçivəsində Xankəndi şəhərinə də ziyarət olunub . İttifaq üzvləri şəhərdə həyata keçirilən abadlıq və yenidənqurma işlərini izləyib, bölgədə gedən inkişaf prosesləri ilə yaxından tanış olublar.Doğma torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri iştirakçılarda böyük qürur hissi yaradıb.

Səfər iştirakçılara zəngin təəssüratlar qazandırıb və onların yaddaşında unudulmaz xatirələr kimi qalıb.

Səfərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqı rəhbərliyinə dərin təşəkkürümüzü bildirib, ittifaq üzvləri minnətdarlıqlarını ifadə ediblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: