“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ YASAMAL RAYON KOMİTƏSİ 1 İYUN -UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNÜ QEYD ETDİ

01/06/2026, 09:42
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunan “Ələddinin Sehrli Çırağı” tamaşasına baxış təşkil edilib.

Tədbirin əsas məqsədi uşaqların bayram sevincini bölüşmək, onların asudə vaxtlarını maraqlı və səmərəli təşkil etmək, eyni zamanda şəhid və qazi ailələrinin övladlarına xüsusi diqqət və qayğı göstərmək olub.

Tamaşa zamanı uşaqlar nağıl qəhrəmanlarının sehrli dünyasına səyahət edib, maraqlı və yaddaqalan anlar yaşayıb, səhnələşdirilən hadisələri böyük maraq və sevinc hissi ilə izləyiblər. Bayram tədbiri çərçivəsində iştirak edən uşaqlara tamaşa biletləri və müxtəlif hədiyyələr təqdim edilib.

Tədbir iştirakçılarının üzündəki sevinc və təbəssüm bir daha göstərib ki, uşaqlara göstərilən diqqət və qayğı onların mənəvi inkişafında, xoş xatirələrinin formalaşmasında mühüm rol oynayıb.

ETİHİ Yasamal Rayon Komitəsi Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyi Rəşad Əhmədzadəyə, tamaşanın rejissoru Anar Məmmədova və teatrın yaradıcı kollektivinə uşaqlar üçün yüksək peşəkarlıqla hazırlanmış, maraqlı və yaddaqalan tamaşaya görə dərin təşəkkürünü bildirib. Onların əməyi və fədakarlığı sayəsində uşaqlar əsl bayram ab-havasını hiss edib, xoş təəssüratlar və unudulmaz xatirələrlə ayrılıblar.

Uşaqların sevincinə çevrilən hər bir təşəbbüs gələcəyimizə verilən ən dəyərli töhfə olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: