Xəbərlər
ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Yevlax Şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi ilə görüş təşkil ediblər.

ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Yevlax Şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi ilə görüş təşkil ediblər.
Görüş zamanı ETİHİ Yevlax Şəhər Komitəsi sədri və məktəbin direktoru çıxış edərək kollektivin qadın üzvlərini təbrik ediblər. Bir neçə təhsil işçisi hədiyyə və Fəxri fərmanla mükafatlandırılıb, kollektivə tort hədiyyə edilib.
Sonda xatirə şəkilləri çəkilib.Məktəb kollektivi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkür etdiklərini bildiriblər














