“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Yevlax Şəhər S.Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi ilə görüş təşkil edilib.

06/03/2026, 09:57
xeber1

ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Yevlax Şəhər S.Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi ilə görüş təşkil edilib.

Görüş zamanı ETİHİ Yevlax Şəhər Komitəsi sədri və əməkdaşı çıxış edərək kollektivin qadın üzvlərini təbrik ediblər. Bir neçə təhsil işçisi hədiyyə və Fəxri fərmanla mükafatlandırılıb, kollektivə tort hədiyyə edilib.

Eyni zamanda 65 yaşı tamam olan ,məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Abdullayeva Ədalət Mehdi qızı da Fəxri fərman və hədiyyə ilə təltif edilib.

Sonda xatirə şəkilləri çəkilib. Məktəb kollektivi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkür etdiklərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: