Xəbərlər
ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları üzv təşkilatların ilk həmkarlar təşkilatı sədrləri ilə Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında növbəti görüş keçirib.

ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları üzv təşkilatların ilk həmkarlar təşkilatı sədrləri ilə Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında növbəti görüş keçirib.
Görüşün keçirilməsində əsas məqsəd ilk həmkarlar ittifaqı təşkilat sədrləri ilə daha yaxında ünsiyyət qurmaq ,sanatoriya -kurort ,istirahət yollayışlarının alınması barədə yeni təlimatı çatdırmaq, kargüzarlıq sənədlərinin düzgün aparılması , ittifaq üzvlərinin müraciətlərinin vaxtında və düzgün sənədlərlə çatdırılmasının təmin edilməsi barədə maarifləndirici söhbət aparmaqdı.
Görüş zamanı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komirəsinin 4 aylıq fəaliyyətini əks etdirən slaydlar təqdim edilib. İlk həmkarlar İttifaqı təşkilat sədrlərini maraqlandıran suallar cavablandırılıb ,məsləhət verilib.









