Xəbərlər
ETİHİ Yevlax Şəhər Komitəsi tərəfindən 28 Aprel "Ümumdünya Əməyin Mühafizəsi Günü" münasibətilə tədbir keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsi tərəfindən 28 Aprel "Ümumdünya Əməyin Mühafizəsi Günü" münasibətilə Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli ram orta ümumtəhsil məktəbində tədbir keçirilib.
Tədbirdə ETİHİ Yevlax şəhər Komitəsi əməkdaşları, Yevlax Rayonu üzrə Təhsil Sektorunun əməkdaşı, ilk həmkarlar ittifaqı təşkilatı sədrləri, məktəb psixoloqları iştirak ediblər.
Tədbir zamanı ETİHİ Yevlax Şəhər Komitəsinin sədri Əfsanə Səlimova, Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Ofeliya Əsədova ,1 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Xumar Məmmədzadə və Yevlax Şəhər Peşə Məktəbinin psixoloqu Maral Quliyeva çıxış edərək bildiriblər ki, sağlam psixososial iş mühiti həm işçilərin rifahı, həm də müəssisənin məhsuldarlığı üçün təməl şərtdir. Bu, sadəcə fiziki təhlükəsizlik deyil, həm də işçilərin emosional və zehni olaraq özlərini rahat, dəyərli və təhlükəsiz hiss etdikləri bir ortamdır. Çıxışçılar sağlam psixososial iş mühitinin əhəmiyyəti, yaradılması, idarəedilməsi, dəstək verilməsi yolları barədə geniş məlumat veriblər.
Həmçinin sağlam psixososial iş mühitinin təmin edilməsi barədə hazırlanmış təqdimat nümayış edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb ,təklif və tövsiyyələr dinlənilib.Xatirə şəkli çəkilib.










