Xəbərlər
ETİHİ Yevlax Şəhər Komitəsi tərəfindən ittifaq üzvlərinin iştirakı ilə "Dünya Azərbaycanlılarının Həmrəylik günü" və " Yeni il " bayramı münasibətilə tədbir keçirilub

ETİHİ Yevlax Şəhər Komitəsi tərəfindən ittifaq üzvlərinin iştirakı ilə "Dünya Azərbaycanlılarının Həmrəylik günü" və " Yeni il " bayramı münasibətilə tədbir keçirilub.Tədbirdə ETİHİ Yevlax Şəhər Komitəsinin əməkdaşlarl , MARTİ əməkdaşları , Yevlax Rayonu üzrə Təhsil Sektoru əməkdaşları , ittifaq üzvümüz olan şəhid ailə üzvləri , qazilər , Yevlax Şəhər Peşə Məktəbi əməkdaşları və tələbələri , ümumtəhsil müəssisələri , məktəbəqədər təhsil müəssisələri rəhbərləri və direktor müavinləri iştirak ediblər.
Tədbirdə Vətənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilib. ETİHİ Yevlax Şəhər Komitəsinin sədri , Yevlax Rayonu Üzrə Təhsil Sektorunun müdiri , MARTİ- nin ilk həmkarlar ittifaqı təşkilat sədri , Şəhid ailə üzvləri və qazilər çıxış edərək xalqımızı " Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il " bayramı münasibətilə təbrik edib, xoş arzularını bildiriblər.
Sonda ittifaq üzvləri tədbirin təşkilinə görə AHİK və ETİHİ Respublika Komitəsi Rəhbərlərinə xüsusi təşəkkür ediblər.













