Xəbərlər
ETİHİ Yevlax Şəhər Komitəsi və Yevlax Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə RFO qalibləri və onların müəllimləri ilə görüş keçirilib.

ETİHİ Yevlax Şəhər Komitəsi və Yevlax Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə RFO qalibləri və onların müəllimləri , IX sinif üzrə buraxılış imtahanında maksimum balı (300 bal) toplamış Yevlax şəhər S.Vurğun adına 5 nömrəli ram orta ümumtəhsil məktəbinin şagirdi və həmin məktəbin fiziki cəhətdən sağlamlıq imkanı məhdud ,ən yüksək nəticə göstərmiş (252 bal) şagirdi ilə görüş keçirilib.
Görüş zamanı Təhsil Sektorunun müdiri Namidə Abbasova və Yevlax Şəhər Komitəsinin sədri Əfsanə Səlimova şagirdləri və onların nailiyyətlərində əməyi olan müəllimləri təbrik edərək , xoş arzularını bildiriblər.
Sonda müəllimlər Fəxri fərman və hədiyyələrlə ,şagirdlər Təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar, xatirə şəkilləri çəkilib.
Təltif edilən müəllimlər;
1.Tağıyev Eldəniz Elbrus oğlu - Aran qəsəbəsi V.Əmiraslanov adına 2 nömrəli tam orta məktəbin direktoru və müəlllimi
2.Novruzzadə Emin Həsən oğlu - Salahlı kənd B.Alıyev adına tam orta məktəbin müəllimi
3.İsmayılova Ülkər Kərəm qızı - Ərəş kənd tam orta məktəbin müəllimi
4.Məmmədova Əfsanə Məhəbbət qızı - S.Vurğun adına 5 nömrəli tam orta məktəbin müəllimi
Təltif edilən şagirdlər;
1.Hacızadə Hüseyn Samir oğlu -Tarix fənni , III yer ,bürünc medal.
2.Cəfərli Sevil Səbuhi qızı - Azərbaycan dili fənni , III yer ,bürünc medal.
3.Gürzalızadə Nəzrin Mahir qızı - Coğrafiya fənni, III yer ,bürünc medal.
4.Hətəmli Səma Dünyamin qızı - 300 bal
5.Əlizadə Nəcibə Ramil qızı - 252 bal (evdə təhsil)













