Xəbərlər
ETİHİ Yevlax Şəhər Komitəsinin dəstəyi ilə Yevlax rayon Cırdaxan kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi Şəki yaylasına səfər ediblər.
21/06/2026, 12:45

ETİHİ Yevlax Şəhər Komitəsinin dəstəyi ilə Yevlax rayon Cırdaxan kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi Şəki yaylasına səfər ediblər. Ekskursiyanın təşkilində məqsəd kollektiv arasında ünsiyyətin möhkəmləndirilməsi, təhsil işçilərinin istirahət günlərinin səmərəli təşkilidir.
Təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkür edirik.







