Xəbərlər
ETİHİ Yevlax Şəhər Komitəsinin əməkdaşları, şəhid analarını ziyarət ediblər

ETİHİ Yevlax Şəhər Komitəsinin ittifaq üzvləri, şəhid anaları, Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Mehtiyeva Şərafət İbrahim qızı və Yevlax rayonu Səmədabad kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Məmmədova Sumayə Əhməd qızını ETİHİ Yevlax Şəhər Komitəsinin sədri Əfsanə Səlimova və Yevlax Rayonu üzrə Təhsil Sektorunun müdiri Namidə Abbasova yaşadıqları ünvanda ziyarət ediblər. Ziyarət zamanı təhsil işçilərini 5 Oktyabr -Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək onlara sağlam can və səbr diləyiblər. Hər iki müəlliməyə Fəxri Fərman və hədiyyə təqdim edilib.
Müəllim təkcə elm, bilik vermir.Müəllim Vətən oğullarına Vətən sevgisi, Ana məhəbbəti, Torpaq müqəddəsliyini öyrədir.
Allab bütün şəhidlərimizə rəhmət etsin.




