Xəbərlər
ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatlarında 8 Noyabr "Zəfər günü" münasibətilə silsilə tədbirlər təşkil edilib

ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatlarında 8 Noyabr "Zəfər günü" münasibətilə silsilə tədbirlər təşkil edilib , dəyirmi masa arxasında görüşlər keçirilib. "Qəhrəmanlıqdan Zəfərə" adlı təşkilat saatı, şagirdlər arasında "Zəfərimiz rənglərin dili ilə "adlı rəsm və "Zəfərimiz əbədidir" adlı inşa müsabiqələri, "Zəfər viktorinası” başlığı altında bilik yarışları keçirilib.
Ağacəkmə aksiyası Zəfərin səbəbkarları olan şəhidlərimizin ruhunun əbədi yaşamasının rəmzidir.
"Qarabağ Azərbaycandır "adlı şagirdlərin əl işlərindən ibarət sərgilər bir daha şagirdlərin zehnində və qəlbində Torpağa olan sevgini canlandırır və əks etdirir.
Zəfər günü ərəfəsində Təhsil işçiləri şagirdlərlə birlikdə şəhid ailələrinə baş çəkərək şəhidlərin məzarlarını ziyarət ediblər.
Zəfərimiz əbədidir, qəhrəmanlarımız daim qəlbimizdədir!

























