“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Zaqatala rayon komitəsi tərəfindən yubiley tədbiri qeyd edildi

13/04/2026, 21:02
xeber1

10.04.2026 cı il tarixdə ETİHİ Zaqatala rayon komitəsi tərəfindən E.Həsənov adına Əliabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Lətifova Gülzadə Mollahəsən qızının yubiley tədbiri qeyd edildi.ETİHİ Zaqatala rayon komitəsinin hədiyəsini məktəbin İlk Həmkarlar İttifaqı sədri Billurə Məmmədova tərəfindən Lətifova Gülzadə Mollahəsən qızına təqdim edildi.Yubileydə Ə.Həsənov adına Əliabad Qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Vüsal Qurbanov və məktəb kollektivi iştirak edib.Tədbir çay süfrəsi ətrafında davam etdirilib.Göstərilən diqqət və qayğıya görə Lətifova Gülzadə Mollahəsən qızı ETİHİ Respublika komitəsinin rəhbərliyinə və ETİHİ Zaqatala rayon komitəsinin rəhbərinə öz təşəkkürünü bildirib.ETİHİ Zaqatala rayon komitəsi adından Lətifova Gülzadə Mollahəsən qızına can sağlığı,işlərində uğurlar gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: