Xəbərlər
ETİHİ Zaqatala rayon komitəsi tərəfindən yubiley tədbiri qeyd edilib.

23.02.2026 cı il tarixdə ETİHİ Zaqatala rayon komitəsi tərəfindən E.Osmanov adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbinin Riyaziyyat - İnformatika müəllimi Babayev Məhəmməd Baba oglunun yubiley tədbiri qeyd edilib.ETİHİ Zaqatala rayon komitəsinin hədiyyəsi və fəxri farmanını məktəbin İlk Həmkarlar Təşkilatının sədri Əliyeva Samirə tərəfindən Babayev Məhəmməd Baba oğluna təqdim edilib.Yubileydə E.Osmanov adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbinin direktoru Həsənova İlahə və məktəb kollektivi iştirak edib.Göstərilən diqqət və qayğıya görə Məhəmməd müəllim ETİHİ Respublika komitəsinə rəhbərliyinə və Zaqatala rayon komitəsinə təşəkkürünü bildirib.ETİHİ Zaqatala rayon komitəsi adından Babayev Məhəmməd Baba oğluna can sağlığı,uzun omür gələcək həyatında uğurlar arzu edirik.






