Xəbərlər
ETİHİ Zaqatala rayon komitəsi tərəfindən yubiley tədbiri qeyd edilib

27.02.2026 cı il tarixdə ETİHİ Zaqatala rayon komitəsi tərəfindən İ.Kərimov adına Çobankol kənd tam orta ümumtəhsil məktəbin gözətçisi Rəhimov Kamil Əbdüləziz oğlunun yubiley tədbiri qeyd edilib.ETİHİ Zaqatala rayon komitəsinin hədiyyəsini məktəbin İlk Həmkarlar Təşkilatının sədri Ömərova Qöncə Əliağa qızı tərəfindən Rəhimov Kamil Əbdüləziz oğluna təqdim edilib.Yubileydə İ.Kərimov adına Çobankol kənd tam orta ümumtəhsil məktəbinin direktor səlahiyyətlərini müvafiq olaraq icra edən Nərgiz Vəliyeva və məktəb kollektivi iştirak edib.Tədbir çay süfrəsi ətrafında davam etdirilib.Göstərilən diqqət və qayğıya görə Rəhimov Kamil Əbdüləzim oğlu ETİHİ Respublika komitəsinin rəhbərliyinə və Zaqatala rayon komitəsinə təşəkkürünü bildirib.ETİHİ Zaqatala rayon komitəsi adından Rəhimov Kamil Əbdüləzim oğluna can sağlığı,uzun omür gələcək həyatında uğurlar arzu edirik.






