Xəbərlər
ETİHİ Zaqatala rayon komitəsi tərəfindən yubiley tədbiri qeyd edilib.

10.04.2026 cı il tarixdə ETİHİ Zaqatala rayon komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon Təhsil Sektorunun təşkilatçılığı ilə A.Babayev adına Mosul kənd tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Məmmədova Zərnişan Bayram qızının yubiley tədbiri qeyd edilib.ETİHİ Zaqatala rayon komitəsinin hədiyyəsini A.Babayev adına Mosul kənd tam orta ümumtəhsil məktəbinin İlk Həmkarlar İttifaqı sədri Məmmədov İsmayıl tərəfindən təqdim edildi.Tədbirdə A.Babayev adına Mosul kənd tam orta ümumtəhsil məktəbinin direktoru Şölə Topalova və məktəb kollektivi iştirak edib.Gostərilən diqqət və qayğıya görə Məmmədova Zərnişan Bayram qızı ETİHİ Respublika komitəsinin rəhbərliyinə və ETİHİ Zaqatala rayon komitəsinin rəhbərinə öz təşəkkürünü bildirib.ETİHİ Zaqatala rayon komitəsi adından Məmmədova Zərnişan Bayram qızına can sağlığı,işlərində uğurlar gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.






