Xəbərlər
ETİHİ Zaqatala Rayon Komitəsi üzv təşkilatlarında “Bilik günü” münasibətilə ittifaq üzvlərinə hədiyyələr təqdim olunub

ETİHİ Zaqatala Rayon Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Bilik günü” münasibətilə təhsil işçiləri arasında bir qrup ittifaq üzvü üçün təbrik tədbiri keçirilib.
Tədbir çərçivəsində ittifaq üzvlərinə yeni tədris ilinin başlanması münasibətilə gül buketləri və müxtəlif hədiyyələr təqdim edilib.
Görüş zamanı təhsil işçilərinin cəmiyyətin inkişafında, gənc nəslin bilikli, savadlı və milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməsində əvəzsiz xidmətləri qeyd olunub. Bildirilib ki, müəllim əməyinə hörmət və ehtiram göstərilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi hər zaman diqqət mərkəzində saxlanılmalıdır.
Səmimi və xoş ovqatda keçən tədbir iştirakçılar tərəfindən razılıqla qarşılanıb. İttifaq üzvləri göstərilən diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
ETİHİ Zaqatala Rayon Komitəsi təhsil işçilərinə dəstək olmaq, onların sosial-mədəni həyatında yaxından iştirak etmək və ittifaq üzvlərinə diqqət göstərmək istiqamətində fəaliyyətini davam etdirir.








