“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Zaqatala Rayon Komitəsi və Zaqatala Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə yubiley tədbiri keçirilib.

02/11/2026, 15:54
xeber1

ETİHİ Zaqatala Rayon Komitəsi və Zaqatala Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Əliabad qəsəbə 4 nömrəli körpələr evi-uşaq bağçasının paltar yuyanı İbrahimova Güldanə Fətulla qızının yubileyi münasibətilə tədbir keçirilib.

Tədbir zamanı Güldanə İbrahimovanın əmək fəaliyyəti və çalışdığı müəssisədə gördüyü işlər qeyd olunub, ona xoş arzular çatdırılıb.

ETİHİ Zaqatala Rayon Komitəsi tərəfindən yubilyar üçün hazırlanmış hədiyyə və gül buketi Əliabad qəsəbə 4 nömrəli körpələr evi-uşaq bağçasının İlk Həmkarlar İttifaqı təşkilatının sədri tərəfindən İbrahimova Güldanə Fətulla qızına təqdim edilib.

Göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirən yubilyara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanıb.

ETİHİ Zaqatala Rayon Komitəsi çoxsaylı ittifaq üzvləri adından İbrahimova Güldanə Fətulla qızını yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik və gələcək işlərində yeni-yeni uğurlar arzulayır!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: