Xəbərlər
ETİHİ Zaqatala rayon Komitəsi yubiley tədbiri keçirib
08/02/2026, 20:09

ETİHİ Zaqatala rayon Komitəsi və Şəki Zaqatala Regional Təhsil İdarəsi Zaqatala rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Zaqatala rayon Car kənd 2 nömrəli ümumi orta ümumtəhsil məktəbin psixoloqu Balayeva Sevil Xaləddin qızının 65 yaş yubileyi münasibətilə tədbir keçirilib.Tədbirdə Sevil Balayevaya ETİHİ Zaqatala rayon Komitəsinin hədiyyə və gül buketi təqdim olunub. Tədbir çay süfrəsi ətrafında davam etdirilib. Sevil Babayevaya uzun ömür can sağlığı arzu edirik.Sevil Babayeva göstərilən diqqətə görə ETİHİ Respublika komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.






