“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Zaqatala rayon komitəsində ilk təşkilat sədrləri ilə iclas keçirilib.

02/11/2026, 17:23
xeber1

08 sentyabr 2026-cı il tarixində N. Hüseynov adına şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında ETİHİ Zaqatala Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə görüş keçirilib.

Görüşdə ETİHİ Zaqatala Rayon Komitəsinin sədri Bəhruz Bayramov çıxış edərək son bir il ərzində Rayon Komitəsi tərəfindən həyata keçirilən tədbirlər, görülən işlər, ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, onların hüquq və mənafelərinin qorunması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib.

Bəhruz Bayramov, həmçinin qarşıda duran vəzifə və hədəflərdən danışaraq ilk həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, üzvlərlə işin gücləndirilməsi, onların müraciət və təkliflərinə həssaslıqla yanaşılması, həmkarlar ittifaqı fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə iştirak edən ilk təşkilat sədrləri çıxış edərək Rayon Komitəsi tərəfindən görülən işləri yüksək qiymətləndirib, həyata keçirilən tədbirlərdən razılıqlarını ifadə ediblər. Eyni zamanda, ittifaq üzvlərinə göstərilən diqqət və qayğıya, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlara görə ETİHİ Respublika Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, ilk təşkilat sədrlərinin təklifləri və onları maraqlandıran məsələlər müzakirə olunub.

Sonda qeyd edilib ki, belə görüşlərin keçirilməsi həmkarlar ittifaqı təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə və ittifaq fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: