Xəbərlər
ETİHİ Zaqatala Rayon Komitəsinin dəstəyi ilə 65 illik yubiley tədbiri keçirilib

ETİHİ Zaqatala Rayon Komitəsinin dəstəyi ilə Fındıqlı kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi İsmayılova Süsən Məcid qızının 65 illik yubileyi münasibətilə tədbir təşkil olunub.
Yubiley tədbirində Fındıqlı kənd körpələr evi-uşaq bağçasının müdiri Ağakişiyeva Cəmilə Ramazan qızı və müəssisənin kollektivi iştirak ediblər.
Tədbir zamanı Süsən İsmayılovanın uzunillik pedaqoji fəaliyyəti, uşaqların təlim-tərbiyəsində göstərdiyi əmək və kollektivdəki fəaliyyəti qeyd olunub, ona xoş arzular çatdırılıb.
ETİHİ Zaqatala Rayon Komitəsi tərəfindən yubilyara hazırlanmış hədiyyə və gül buketi Fındıqlı kənd körpələr evi-uşaq bağçasının İlk Həmkarlar İttifaqı təşkilatının sədri Abdullayeva Həcər Əhməd qızı tərəfindən təqdim edilib.
Səmimi şəraitdə keçən yubiley tədbirində Süsən İsmayılovaya möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək həyatında xoş günlər arzulanıb.
ETİHİ Zaqatala Rayon Komitəsi çoxsaylı ittifaq üzvləri adından İsmayılova Süsən Məcid qızını 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayır!







