Xəbərlər
ETİHİ Zaqatala Rayon Komitəsinin təşkikatçılığı ilə ittifaq üzvləri üçün turlar təşkil olunub.

ETİHİ Zaqatala Rayon Komitəsinin təşkilatçılığı ilə ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, onların sosial-mədəni istirahətinin təmin olunması və kollektivlər arasında həmrəyliyin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlər üzrə turlar təşkil olunub.
Turlar zamanı iştirakçılar Azərbaycanın tarixi, mədəni və təbii görməli yerləri ilə yaxından tanış olmaq, istirahət etmək və xoş təəssüratlar qazanmaq imkanı əldə ediblər.
Təşkil olunan bu cür sosial-mədəni tədbirlər ittifaq üzvlərinə göstərilən diqqət və qayğının, onların istirahət hüquqlarının təmin olunmasına yönəlmiş fəaliyyətin mühüm tərkib hissəsidir.
ETİHİ Zaqatala Rayon Komitəsi bundan sonra da ittifaq üzvlərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və həmkarlar ittifaqı fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində tədbirləri davam etdirəcək.

















