“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Zaqatala rayon komitəsinin təşkilatçılığı ilə şəhid ailələri və bir qrup ittifaq üzvləri ilə müqəddəs Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil olunub.

23/03/2026, 15:29
xeber1

Tədbirdə əsas məqsəd həmkarlar ittifaqı üzvləri arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi,milli mənəvi dəyərlərin təbliği,eləcə də qarşılıqlı ünsiyyət və əməkdaşlığın inkişaf etdirilməsinə daha dərindən töhvə verməkdir.

Tədbir şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi,əzan səsi və dualarla başlayıb.ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov çıxış edərək hər kəsin müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmiş allahdan bütün orucların duaların qəbul edilməsini arzulayıb.İftar süfrəsində YAP Zaqatala rayon rayon komitəsinin sədri Fərid Ramazanov,Zaqatala RİHBA-nın vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov,Zaqatala rayon üzrə Təhsil Sektorunun müdiri Kəmalə Əhmədova,Zaqatala rayon Ağsaqqallar şurasının müavini Tahir Məmmədov iştirak edib.Tədbirdə Zaqatala rayon Ağsaqqallar şurasının müavini Tahir Məmmədov,şəhid anaları Sərminaz müəllimə və Südabə müəllimə çıxış edərək göstərilən diqqət və qayğıya görə ETİHİ Respublika komitəsinin rəhbərliyinə və rayon komitəsinə təşəkkürlərini bildirmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: