“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yardımlı rayon komitəsinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı bayram tədbir keçirildi.

03/10/2025, 17:32
xeber1

03 oktyabr 2025-ci il tarixdə Heydər Əliyev Mərkəzində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı Rayon Komitəsinin təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı bayram tədbir keçirildi.

Tədbirdə Yardımlı RİH-in başçısı Ayaz Əsgərov, təhsillə əlaqəli təşkilatlar, təhsil müəssisələrinin işçiləri iştirak etdilər.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.

Çıxış edənlər müəllim peşəsinin yüksək dəyərlərindən, cəmiyyətin inkişafında müəllimlərin əvəzsiz rolundan danışdılar.

Tədirin sonunda iştirakçılara ETİHİ Yardımlı RK-nin fəxri fərman, diplom və qiymətli hədiyyələri təqdim olundu.

Əziz müəllimlər 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü peşə bayramınız mübarək!




Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: