Xəbərlər
ETİHİ Abşeron Rayon Komitəsi AHİK və ETİHİ-nin birgə təşkil etdiyi görüşdə iştirak edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində Abşeron, Xızı və Sumqayıt şəhər komitələrinin ilk təşkilat sədrləri ilə görüş keçirilib.
Görüşdə ETİHİ Abşeron Rayon Komitəsinin kollektivi və bütün ilk təşkilat sədrləri də iştirak ediblər.
Tədbirdə AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev, AHİK-in Üzv, Tabe Təşkilatlarla İş və Maarifləndirmə şöbəsinin müdiri İlahə Abbaszadə, həmçinin ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev çıxış edərək son dövrdə həyata keçirilən fəaliyyət istiqamətləri, təhsil işçilərinin sosial müdafiəsi və həmkarlar ittifaqlarının maarifləndirici təşəbbüsləri barədə məlumat veriblər.
Görüş zamanı ilk təşkilat sədrlərinin sualları cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.
Belə görüşlər həmkarlar ittifaqları arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə, təşkilati təcrübə mübadiləsinin artmasına və üzv təşkilatlarla əlaqələrin daha da güclənməsinə mühüm töhfə verir.












