Xəbərlər
ETİHİ Füzuli rayon Komitəsi tərəfindən “NARKOMANİYA və NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRÜYƏSİNƏ QARŞI MÜBARİZƏ" mövzusunda tədbir keçirilmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Füzuli rayon Komitəsinin təşkilatçılığı ilə “NARKOMANİYA və NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRÜYƏSİNƏ QARŞI MÜBARİZƏ” mövzusunda 15 oktyabr 2025 - ci il tarixində Füzuli rayon 59 nömrəli tam orta məktəbində və Füzuli rayonu 37 nömrəli ümumi orta məktəbində tədbir keçirilmişdir. Tədbirdə Füzuli rayon Polis Şöbəsinin və Füzuli rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişdir. Tədbirin məqsədi zərərli vərdişlərdən uzaq olmaq və sağlam həyat tərzinin qorunması olmuşdur. İclasda iştirakçılar qarşısında həmkarlar komitəsinin sədri Gülnaz Kərimova çıxış edərək “NARKOMANİYA və NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRÜYƏSİNƏ QARŞI MÜBARİZƏ”nin mahiyyəti və əhəmiyyəti barədə məlumat verilmişdir. Tədbir səmərəli keçmiş, yeniyetmələr və gənc müəllimlər arasında təbliğatın gücləndirilməsi pirinsiplərinin təbliğinə xidmət etmişdir.






