Xəbərlər
ETİHİ İsmayıllı Rayon Komitəsi 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə yeni tikilib istifadəyə verilmiş Talıstan lisey kompleksində geniş bayram tədbiri keçirildi.

ETİHİ İsmayıllı Rayon Komitəsi,Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə yeni tikilib istifadəyə verilmiş Talıstan lisey kompleksində geniş bayram tədbiri keçirildi.
Tədbirdə İsmayıllı RİH-in başçısı Nahid Bağırov,YAP rayon təşkilatı,Gənclər İdman İdarəsi,təhsillə əlaqəli təşkilatlar,təhsil müəssisələrinin rəhbərləri iştirak etdilər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.Liseyin geniş, işıqlı akt zalında Dövlət himnin səsləndirilməsi ilə başlanan tədbirdə iştirakçılar Ulu Öndərin və 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edən RİH-in başçısı Nahid Bağırov ölkədə təhsil sahəsində aparılan islahatlardan,dövlət başçısının və Heydər Əliyev Fondunun təhsilə,təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan,son illər rayonda tikilmiş yeni təhsil müəssisələrində iş şəraitinin yaxşılaşması haqqında danışdı.İcra başçısı son illər rayonun təhsil göstəricilərinin yüksəlməsi,fənn olimpiadaların Respublika turunda qazanılan medalların sayının artması,yüksək bal toplamış məzunların uğur qazanması valideynlərin,müəllimlərin,rayon ictimaiyyətinin sevincinə səbəb olduğunu bildirdi və pedaqoji kollektivləri peşə bayramı münasibətilə təbrik etdi.
Çıxış edən natiqlər rayonda son illər bütün sahələrdə təhsil göstəricilərinin yüksəlməsində müəllimlərin əvəzsiz xidməti olduğunu bildirdilər və pedaqoji işçiləri bayram münasibətilə təbrik etdilər.Övladları şəhid olmuş təhsil işçiləri Cəmilə Əkbərova,Sənubər Səmədova,Taleh Nəcəfov çıxış edərək şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə və xüsusən ETİHİ Respublika Komitəsinə öz minnətdarlığını bildirdilər.
Tədbirdə müxtəlif müsabiqələrdə uğur qazanmış,sertifikasiya imtahanlarından yüksək bal toplaşım 120 nəfərdən çox müəllimləri ETİHİ RK-nin fəxri fərman,diplom və qiymətli hədiyyələr təqdim olundu.Tədbirə uzun müddət təhsildə çalışmış,hazırda təqaütdə olan 20 nəfərdən çox təhsil veteranlarıda dəvət olunmuş,onlara diqqət göstərilmişdir.
Məktəblilər müəllimlərə aid şeir və musiqi nömrələri ilə iştirakçıları və bütün müəllimləri təbrik edərək onlara xoş bir gün yaşatdılar.5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü peşə bayramınız mübarək,əziz müəllimlər.
#ETİHİ #AHİK #müəllimlərgünü #ismayıllı















