“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatı olan Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyində İsmayıllı RİH-in başçısı Nahid Bağırovla pedaqoji kollektivin görüşü keçirildi.

15/10/2025, 21:43
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatı olan Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyində İsmayıllı RİH-in başçısı Nahid Bağırovla pedaqoji kollektivin görüşü keçirildi. 


Tədbir zamanı məktəbin əldə etdiyi təhsil nailiyyətləri, şagird və müəllim heyətinin qazandığı uğurlar, eyni zamanda mövcud problemlər və çətinliklər ətraflı müzakirə edildi.


Görüşdə həmçinin təhsil prosesinin daha da təkmilləşdirilməsi məqsədilə yeni, innovativ və kreativ təkliflər səsləndirildi. 


Görüşün əsas məqsədi təhsil müəssisəsində mövcud vəziyyəti yerindəcə qiymətləndirmək, müəllimlərin fikirlərini dinləmək və qarşılıqlı fikir mübadiləsi aparmaq idi.


Bu kimi görüşlər gələcəkdə də davam etdiriləcək və təhsil ictimaiyyəti ilə açıq dialoqun, qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq. 


#ETİHİ #AHİK #İsmayıllı

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: