Xəbərlər
ETİHİ Laçın Rayon Komitəsinin təşəbbüsü ilə "Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Laçın Rayon Komitəsi tərəfindən “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin zərərli təsirləri barədə ictimai məlumatlılığın artırılması və bu sahədə profilaktik tədbirlərin gücləndirilməsidir.
Tədbirdə çıxış edənlər narkomaniyanın fərdlərin fiziki və psixoloji sağlamlığına, ailə institutuna və ümumilikdə cəmiyyətin sosial rifahına mənfi təsirlərindən bəhs ediblər. Qeyd olunub ki, narkotik vasitələrin yayılmasına qarşı mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmamalı, təhsil müəssisələrində davamlı maarifləndirmə işləri aparılmalıdır. Ekspertlər və mütəxəssislər tərəfindən iştirakçılara bu istiqamətdə faydalı məlumatlar təqdim olunub, gənclərin zərərli vərdişlərdən uzaq qalması üçün ailə, məktəb və cəmiyyətin birgə fəaliyyətinin vacibliyi vurğulanıb.





