Xəbərlər
ETİHİ Masallı Rayon Komitəsi olaraq yubilyarlara qayğı borcumuzdur!

·
Публикации
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
·
Bu gün Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasından 34 il ötür!
M... Ещё
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
·
·
IOSH “Təhlükəsiz İdarəetmə V 5.0”-Beynəlxalq Sertifikatlı Təlim
Əmək mühitində sağlamlıq və təhlükəsizlik idarəetməsini təkmilləşdirməyə yönəlmiş peşəkar proqram. ... Ещё
ETİHİ Masallı Rayon Komitəsi olaraq yubilyarlara qayğı borcumuzdur!
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin illik "Fəaliyyət planı" çərçivəsində sentyabr-oktyabr aylarında 65 yaşı tamam olmuş dörd nəfər ittifaq üzvünün - Masallı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Samit İslamovun, Binə Xocavar kənd B.Nuriyev adına tam orta ümumtəhsil məktəbinin müəllimi Rasim Dadaşovun və Türkoba kənd S.Vurğun adına tam orta ümumtəhsil məktəbinin müəllimləri İlqar Hüseynov və Rizvan Nuriyevin 65 illiyi ilə əlaqədar, işlədikləri məktəblərdə yubiley tədbirləri keçirilib. Yubilyarlar hədiyyə və fəxri fərmanla mükafatlandırılıb.
Yaşı 65-ə çatmış ittifaq üzvlərinin yubiley tədbiri və layiqli yola salınmasını təmin etmək Komitənin sosial yönümlü fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi həyata keçirilir. Bu təşəbbüs uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş müəllimlərlə yanaşı, həm də təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.








