Xəbərlər
ETIHI Masallı Rayon Komitəsi tabeliyində fəaliyyət göstərən müəssisələrin ilk həmkarlar təşkilatı sədrləri üçün yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq maarifləndirici seminar görüşlər.

ETIHI Masallı Rayon Komitəsi tabeliyində fəaliyyət göstərən müəssisələrin ilk həmkarlar təşkilatı sədrləri üçün yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq maarifləndirici seminar görüşlər keçirilib.
Seminar görüşlərin keçirilməsındə məqsəd iştirakçıları ETİHİ-nin məram və məqsədi, fəaliyyət istiqamətləri , təhsil işçilərinin əmək, sosial, iqtisadı hüquqlarının qorunması, qanuni mənafelərinin müdafiə olunması istiqamətində məlumatlandırmaqdır. Seminar görüslər ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev tərəfindən aparılıb. O, iştirakçılara maddi vəziyyəti yaxşı olmayan təşkilat üzvlərinə göstərilən yardimların verilmə qaydaları, sənədləşmə işləri və digər məsələlər haqqında ətraflı məlumat verib. Seminarda MİQ imtahanında uğur qazanaraq məktəblərə təyin olunan gənc müəllimlərin, işə yeni qəbul edilən texniki işçilərin, eləcə də kollecə qəbul olunan tələbələrin həmkarlar ittifaqı sıralarına qəbul qaydaları izah edilib. Rasim Nurullayev, çalışmanın yaş həddinə çataraq təqaüdə çıxan ittifaq üzvlərimizi də unutmamağı, onlara qayğı ilə yanaşmağı iştirakçıarın diqqətinə çatdırıb.O, bildirib ki, hər bir ittifaq üzvünə hiss olunacaq dərəcədə diqqət və qayğı ilə yanaşılmalıdır.
Məruzəşi, eyni zamanda təşkilat sədrlərinə social vəziyyəti yaxşı olmayan ittifaq üzvlərinə diqqət və qayğı ilə yanaşılmasının vacibliyini qeyd edib. O,bildirib ki, tabeliyimizdə fəaliyyət göstərən təhsil müəssisələrində çalışan ittifaq üzvlərimizin arasında şəhid valideynləri, ailə üzvləri vardır. Bəzi məktəblərimizdə isə şəhid övladları təhsil alır. Rasim Nurullayev əhatə dairəmizdə fəaliyyət göstərən müəssisələrdə çalışan şəhid ailəsi üzvlərinə, məktəbdə təhsil alan şəhid övladlarına xüsusən həssaslıqla yanaşmağı, onların problemlərinə biganə qalmamağı tapşırıb.
Seminar görüşün sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilib.








