Xəbərlər
ETİHİ Nərimanov Rayon Komitəsində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzv təşkilatı Nərimanov Rayon Komitəsində 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Nərimanov rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin həmkarlar ittifaqları ilk təşkilat sədrləri iştirak ediblər.
Nərimanov Rayon Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən Renata Mansurova tədbiri açaraq iştirakçıları salamlayıb, müəllimlərin cəmiyyətin inkişafındakı əvəzsiz rolunu vurğulayıb və qarşıda duran təşkilati vəzifələr barədə məlumat verib.
Çıxışlar zamanı ilk təşkilat sədrlərinin həmkarlar ittifaqları sahəsində görülən işlər, mövcud fəaliyyət istiqamətləri və qarşıdakı hədəflər müzakirə olunub. İştirakçıların rəyləri dinlənilib, təkliflər ətrafında diskussiya aparılıb.
Tədbir sual-cavab formatında davam etdirilib və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşdırılıb.





