Xəbərlər
ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə ittifaq üzvləri təbrik olunmuşdur.

1 Oktyabr 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən rayon ərazisindəki təhsil müəssisələrində fəaliyyət göstərən bir sıra ittifaq üzvü təbrik olunmuşdur.
Mükafatlandırılma hər bir müəllimin fəaliyyət göstərdiyi təhsil müəssisəsində həyata keçirilmişdir.Mükafatlandırılmada ETİHİ Respublika Komitəsi Beynəlxalq Əlaqələr şöbəsinin baş mütəxəssisi Səbuhi İmanov,ETİHİ Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova iştirak edib.Komitə nümayəndələri müəllim peşəsinin müqəddəsliyindən, gənc nəslin formalaşmasında müəllimlərin əvəzsiz rolundan bəhs edərək pedaqoqları bayram münasibətilə təbrik etmiş,xoş arzularını çatdırmışdır. Qeyd olunub ki, müəllimlər daim hörmət və ehtirama layiqdirlər və onların zəhməti hər zaman yüksək qiymətləndirilməlidir.Görüş zamanı müəllimlərə gül dəstələri, pul mükafatı və fəxri fərmanlar təqdim edilmişdir.
Müəllimlər də bu əlamətdar gün münasibətilə onlara göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.





