Xəbərlər
ETİHİ Pirallahı Rayon Komitəsinin tərkibində olan məktəblərdə “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi.
20/10/2025, 15:48

ETİHİ Pirallahı Rayon Komitəsinin tərkibində olan 243, 231 nömrəli tam orta məktəblərdə “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərdən uzaq durmağın vacibliyini vurğulamaq idi. Tədbir zamanı iştirakçılara narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə mənfi təsirləri barədə məlumat verildi, sağlam seçimlər etməyin əhəmiyyəti müzakirə olundu.









