Xəbərlər
ETİHİ Pirallahı Rayon Komitəsinin tərkibində olan üzv təşkilatlarda “7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü"ilə bağlı maarifləndirici görüşlər keçirilib

ETİHİ Pirallahı Rayon Komitəsinin tərkibində olan üzv təşkilatlarda “7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü"ilə bağlı maarifləndirici görüşlər keçirilib.Görüşlərin əsas məqsədi layiqli əmək anlayışının mahiyyətini izah etmək, əmək münasibətlərində beynəlxalq standartların tətbiqi, sosial ədalət və bərabərlik prinsiplərinin təbliğinə dəstək göstərmək olmuşdur.Görüşlər çərçivəsində mövzuya dair məruzələr dinlənilmiş, əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılmış,rəy və təkliflər qeydə alınmışdır.
Qeyd edək ki,bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib.










