“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Etihi Pirallahı Rayon Komitəsinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 Yanvar – Yeni il münasibətilə tədbir keçirilib.

29/12/2025, 00:24
xeber1

Etihi Pirallahı Rayon Komitəsinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 Yanvar – Yeni il münasibətilə təhsil işçiləri üçün səmimi və yaddaqalan tədbir keçirilib.

Tədbirdə ETİHİ Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova və komitənin əməkdaşları,şəhid ailəsi,həmçinin Pirallahı rayonunda yerləşən təhsil müəssisələrində çalışan bir qrup ittifaq üzvü iştirak edib.

Tədbirin açılışında iştirakçılar Arzu xanım tərəfindən salamlanıb,Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Çay süfrəsi ətrafında təşkil olunmuş tədbir çərçivəsində hər bir tədbir iştirakçısına komitə tərəfindən hədiyyələr təqdim edilmiş, musiqi və səmimi ünsiyyət şəraitində bayram ovqatı yaşanıb.Tədbirin gedişatında iştirakçılar da öz təbrik və təşəkkürlərini Etihi Pirallahı Rayon Komitəsinə çatdırıb.

Birlik, həmrəylik və xoş əhval-ruhiyyə ilə keçən tədbir hər kəsdə xoş təəssürat yaradıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: