“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Şabran Rayon Komitəsi tərəfindən Şabran şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvünün Quba rayonuna ekskursiya təşkil olundu

23/10/2025, 12:48
xeber1


ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 16 iyun 2025-ci il tarixində Şabran şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü üçün Quba rayonuna ekskursiya təşkil olunmuşdur. Bu tədbir, təhsil işçilərinin asudə vaxtlarını səmərəli keçirmələri məqsədini daşıyıb.


Ekskursiya iştirakçıları, Quba rayonunun tarixi və mədəni yerlərini ziyarət edərək, həmçinin rayonun təbii gözəllikləri ilə tanış olublar. Təhsil işçiləri təşkil olunan ekskursiyanın yüksək səviyyədə keçirilməsinə görə ETİHİ Respublika Komitəsinin Sədri cənab Araz Paşayevə təşəkkürlərini bildiriblər.


Tədbir, həm də təhsil işçilərinin işgüzar mühitdən çıxaraq istirahət etmələri və yeni enerji ilə öz fəaliyyətlərinə davam etmələri üçün böyük fürsət yaradıb. Şabran rayonunun təhsil işçiləri bu cür təşəbbüsləri yüksək qiymətləndirib, gələcəkdə belə tədbirlərin davam etdiriləcəyini ümid etdiklərini ifadə ediblər.


Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: